Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

FETÖ-nün təhdid etdiyi 5 dindar alimin şübhəli ölümü

“Çox danışmasınlar, həyatları ilə ödəyərlər…”

FETÖ-çülərin “həyatları ilə ödəyərlər” sözləri ilə təhdid etmiş olduğu Bediüzzaman Said Nursinin vəkili – 5 din aliminin ürək çatışmazlığından ölümü şübhə yaradıb. Təşkilatın rəhbəri Gülənin, beynindəki mənfur hədəfə çatmaq üçün o insanları qarşısında maneə olaraq görməsi danışılır.

Terror təşkilatı FETÖ-nün İslamdan istifadə edərək Türkiyədə mövqe qazanmağa çalışdığı və bunun qarşısında əngəl gördüyü digər din xadimləri ilə birlikdə Said Nursinin yaşayan 6 vəkilini ölümlə təhdid etdiyiş, daha sonra 5 din aliminin şübhəli şəkildə ürək çatışmazlığından öldüyü ortaya çıxıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-çülərin “Həyatları ilə ödəyərlər” şəklindəki ölüm təhdidlərinə şəxsən şahidlik etdiyini bildirən AK Partiyasının İspartalı millət vəkili Sait Yüce, “Fətullah Gülən beynindəki mənfur məqsədlərinə nail olmaq üçün Bediüzzaman Həzrətlərini və tələbələrini qarşısında maneə gördü” deyib.

resized_8ac7c-314e7cfc666

Ölüm maşını…

Yücel, terrorçuların başçısı Fətullah Gülənin uğursuz dövlət çevrilişinə cəhdindən sonra verdiyi açıqlamada, “Beyin qanaması çəkic kimi enə bilər, alar, götürər” sözləri ilə FETÖ ilə mübarizə aparanları ölümlə təhdid etdiyinə diqqət çəkib. AK Partiyalı millət vəkili Sait Yüce, “Təşkilat Türkiyədə genişlənmələrinə mane gördükləri siyasətçi, müxbir və din xadimlərinə qarşı, içlərinə daxil etdikləri adamların səbəb olduqları ixtilaflar və hadisələrlə gözü dönmüş bir ölüm maşını olduqlarını göstərib” deyə danışdı.

Terrorçuların rəhbəri Fətullah Gülən başda Qurani-Kərim və İslamiyyəti istismar etməyə çalışdığını xüsusi qeyd edən Sait Yüce FETÖ-nün Bediüzzaman Said Nursi Həzrətlərinin Risaləi Nurunu təxrib edərək yayımlamağa çalışması və 17-25 dekabrdan sonra onları ittiham edən din alimlərinə qarşı ölümlə təhdid etməsinə və ardından 5 alimin şübhəli ölümünə diqqət çəkib.

Sadəcə biri qaldı…

FETÖ tərəfindən Said Nursinin 5 tələbəsinin ölüdürldüyünə dair şübhəsinin olduğunu bildirən Yüce bunları əlavə edib:

“Tələbələri Gülən hərəkatının səhvlərini və Nurçuluq hərəkatı ilə əlaqəsi olmayacaq azğın yönümlərindən bəhs etməyə başlamış, 17-25 dekabrdan sonra da bu cəhdin səhvini ortaq bir açıqlama ilə qınamışdılar.

Bediüzzaman Said Nursi həzrətlərinin “mənəvi övladım, varis və vəkilim” dediyi Mustafa Sunqur, FETÖ-nün və mənsublarının İslamiyyətə zərər verən tətbiqlərindən imtina etmələrini istəmiş, “Əlləri, ayaqları qırılsın” deyə bəddua etmişdi.

Nursinin o gün həyatda olan tələbələri Mustafa Sunqur, Abdullah Yeğin, Abdülkadir Badıllı, Mehmet Fırıncı, Hüsnü Bayram, Salih Özcan 17-25 dekabrdan 7 gün sonra qəzetdəki elanları və açıqlamaları ilə FETÖ-nü açıq bir şəkildə qınadı. O açıqlamadan sonra Bediüzzama həzrətlərinin yaşayan 6 tələbəsindən mərhum Mustafa Sunqur, Abdülkadir Badıllı, Sait Özdemir, Abdullah Yeğin və Salih Özcan FETÖ-yə aid xəstəxanalarda və ya başda Paralel Yapıya mənsub olan həkimlərin nəzarəti altında olduqları halda ürək çatışmazlığından öldülər”.

Həyatları ilə ödəyərlər…

“Mehmet Fırıncıya ABŞ-dan naməlum şəxslər görünməyən nömrələrlə “Biz qarşımıza çıxanları yox edirik. Danışıqlarınıza diqqət edin” təhdidləri gəldi. Şəxsən şahidi oldum. Hal-hazırda ölkə xaricində olan FETÖ-nün yüksək vəzifəli adamlarından Jurnalistlər və Yazarlar Vəqfinin keçmiş sədri Harun Tokata Gülənə çatdırılması üzərinə mərhum Sunqurun məktubunu götürdüm. Risalələri təxrib etməmələrini istədik. Harun Tokat qapıdan çıxarkən mənə “Lətif Ərdoğan və Kemalettin Özdemirə də söylə ki, çox danışmasınlar, həyatları ilə ödəyərlər” dedi və dondum qaldım”.

mustafa sunqur

Mustafa Sunqur…

1419580380997

Abdülkadir Badıllı…

7564-saidozdemirr

Sait Özdemir…abdullahyegin

Abdullah Yeğin…

181740

Salih Özcan…

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...