Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“FETÖ Qafqazda vətəndaş müharibəsi yarada bilər”

“FETÖ yalnız Türkiyə üçün təhlükə deyil”.

Kosovada artıq Türkiyədən başqa heç nə gündəmdə deyil. Türkiyə hökuməti siyasi müxalifləri qaçırmaqda günahlandırılır.

Din.az xəbər verir ki, bunu “Sözcü” qəzetinə müsahibəsində Türkiyə Vəkillər Assosiasiyasının rəhbəri Mətin Feyzioğlu deyib.

“Buradakı mediaya sizinlə öz maraqlarına görə dostluq qurmağı cəhd edənləri bizimlə əvəz etməyin mesajını verdik. FETÖ-nun təkcə Türkiyəyə təhdid olmadığını dedik. Onun Balkanları, Qafqazı və Afrikanı təhdid edən layihə olduğunu söylədik. Bunlar istədiklərini etdikləri boyunca sizə dost görünəcəklər, öz mənfəətlərinizə uyğun hərəkət edəndə isə ölkənizdə vətəndaş müharibəsi yaradacaq. Siz vətəndaş müharibəsindən keçmiş ölkəsiniz. Biz 15 iyulda vətəndaş müharibəsinin bir addımlığından geri döndük. Buna görə də bizi hər kəsdən daha yaxşı Kosovanın anlaması lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə Milli İstehbarat Təşkilatı Kosovada xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı FETÖ-nun 6 üzvü həbs edilərək Türkiyəyə gətirilib. Bundan sonra Kosovada ictimai narazılıq başlayıb. Ölkənin daxili işlər və kəşfiyyat nazirləri istefaya göndərilib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...