Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
241963

FETÖ Rusiyaya təsir etməyi bacarmadı

Share Button

2010-cu ildən Rusiyada FETÖ-yə aid bütün məktəblər bağladılıb

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Müftilər Şurasının sədri Qaynuddin “FETÖ, Rusiyaya da təsir etmək istədi, ancaq hökumətin müdaxiləsi ilə bunu bacarmadı” deyib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycannın və Şimali Qafqaz Müsəlmanları Dini İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə IX Avrasiya İslam Şurasının müşavirə yığıncağında, 15 iyulda dövlət çevrilişinə cəhdə əli olan Fəthullahçı Terror Təşkilatı (FETÖ) haqqında açıqlama verib.

Türkiyənin Diyanət İşləri naziri Prof.Dr.Mehmet Görmezin ev sahibliyi ilə təşkil edilən yığıncağa Azərbaycan və Şimali Qafqaz Müsəlmanları Dini İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Müftilər Şurasının sədri Ravil Qaynuddin, Kosova İslam Birliyinin sədri Naim Ternava, Bosniya və Herseqovinadan Hüseyn Kavazoviç qatılıb.

Toplantıdan sonra mətbuata açıqlama verən Allahşükür Paşazadə, məsum insanların ölümünə səbəb olanlara Müsəlman deməyə kimsənin haqqının olmadığını bildirərək, “Bu təşkilat (FETÖ) əgər xalqa qarşı silahlarla, tanklarla hərəkət edibsə, bu müsəlmanlıq deyil, əksinə tam bir şeytanlıqdır” ifadəsini işlədib.

“FETÖ ilə mübarizəmiz davam edəcəkdir…”

Çevrilişə cəhd zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyən Paşazadə, “Azərbaycan xalqı və dövləti olaraq Türkiyə dövlətinin və xalqının yanındayıq” deyib.

Paşazadə, 15 iyul gecəsinin həm Azərbaycan xalqı, həm də Türkiyə xalqı üçün böyük bir imtahan olduğunu qeyd edərək, “Allaha həmd olsun ki, Türkiyə xalqı, prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu imtahandan müvəffəqiyyətlə çıxmağı bacardı” deyə bildirib.

Türkiyə xalqının müstəqilliyinə sahib çıxdığını və gələcəyinin asılılıq altına alınmasına mane olduğunu bildirən Paşazadə, “FETÖ ilə mübarizəmiz davam edəcəkdir” deyib.

Paşazadə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 iyul dövlət çevrilişinə cəhdən sonra onunla görüşərək “Türkiyə xalqının çevirilişçilərə qarşı mübarizəsi ilə dünyaya bir mesaj verdiyini və  gələcəyə əmin addımlarla irəlilədiyini” xüsusi vurğulayıb.

“FETÖ Rusiyaya təsir etməyi bacarmadı…”

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Müftilər Şurasının sədri Ravil Qaynuddin, FETÖ-nün Rusiyaya təsir etmək istədiyini, ancaq hökumətin müdaxiləsi ilə bunu bacara bilmədiyini ifadə edib.

Qaynuddin, 2010-cu ildən etibarən Rusiyada FETÖ-yə aid bütün məktəblərin bağladıldığını xatırladaraq, “FETÖ-nün məktəbləri heç bir yerdə qalmadı. Rusiya bu fitnəni daha əvvəldən sezdi. Çok şükür həqiqət yolunda övladlarımızı qoruduq” fikirlərini səsləndirib.

Kosova İslam Birliyinin sədri Naim Ternava isə “Mən Kosova İslam Birliyinin sədri və Kosova xalqı adından Türkiyə xalqını bu çətin günlərdən uğurla çıxdıqları üçün təbrik edirəm” deyib.

Türk xalqının müstəqilliyini qoruduğunu söyləyən Ternava, “Şəhidlərə Allahdan rəhmət, yaralılara Allahdan təcili şəfalar diləyirik. Mən inanıram ki, Türkiyə böyük bir dövlət olmanın təsiri ilə bu problemləri çox qısa bir müddət içərisində aşacaq” deyə çıxış edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh FETÖ Rusiyaya təsir etməyi bacarmadı üçün

  1. Emin dedi:

    Kim ne deyir desin Russiya xristian dövlətlərinin içində birdənədir. Russiya siyasətini açıq yrüdüb tarix boyu ya qarşında olub ya arxanda Amerikanıda bir faişədən seçmək mümkün deyil her zaman arxandadı ancaq qarşında olan hər kəsə yardım edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top