Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FETÖ tərəfdarları ən çox hansı ölkəyə üz tutur?

“FETÖ çevrilişə cəhd etməyə çalışan bir terror təşkilatıdır”.

Dünyada FETÖ tərəfdarlarını ən çox qəbul edən ölkə ABŞ-dır.

Din.az xəbər verir ki, bu sözləri Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa söyləyib.

“Çevrilişə cəhd etməyə çalışan bir terror təşkilatıdır. İki il davam edən istintaq nəticəsində Türkiyə bu cəhdin mahiyyətini daha yaxşı dərk edib. Türkiyənin tələbi ilə 16 ölkədə fəaliyyət göstərən FETÖ məktəbləri və qurumları fəaliyyətini dayandırıb.

Ölkə xaricinə qaçan FETÖ üzvləri ən çox ABŞ, Almaniya və Yunanıstana üz tutub”.

Qeyd edək ki, 2016-cı ilin 15 iyulunda Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ terror təşkilatı Türkiyədə hərbi çevriliş etməyə cəhd göstərib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...