Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

FETÖ təşkilatına xidmət edən 3 nəfər Qabonda tutularaq Türkiyəyə gətirilib

Türkiyədə FETÖ-ya qarşı mübarizə davam edir.

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Afrika ölkəsi olan Qabonda keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbərliyində təmsil olunan 3 nəfər tutularaq Ankaraya gətirilib.

Din.az xəbər verir ki, əməliyyat nəticəsində həbs olunan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal Qabonun paytaxtı Librevil şəhərindən özəl təyyarə ilə Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Onların üzərində FETÖ-yə aid sənədlər, 20 min 800 dollar, 12 milyon Mərkəzi Afrika Respublikasına aid frank (təxminən 23 min dollar), müxtəlif xəbərləşəmə cihazları aşkar edilib.

O.Özpınar Librevildə Beynəlxalq Türk-Qabon məktəbinin müdiri olub. O, 2017-ci ildən etibarən Keniyada fəaliyyət göstərən “Işık akademiklər” (“Light academy”) adlı məktəbdə təhsil üzrə əlaqələndirici və baş direktor işləyib. Qabonda tutulan digər iki FETÖ-çülər də təhsil sahəsində fəaliyyət göstəriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...