Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

FETÖ ÜZVLƏRİ “AZƏRBAYCAN VƏTƏNDAŞI” ADI ALTINDA AVROPADA FƏALİYYƏTLƏRİNİ DAVAM ETDİRİR – VİDEO

“FETÖ Türkiyə daxilində və xaricində, xüsusilə Rusiyada genişlənməkdədirlər.”

Türkiyənin “Beyaz” kanalında FETÖ-nün güclü olduğu Avropa ölkələri haqqında müzakirələr aparılıb.

Din.az bildirir ki, müzakirə zamanı verilişin qonağı olan yazar Nurettin Veren aparıcının suallarını cavablandırıb və Türkiyənin FETÖ ilə mübarizəsinin zəiflədiyini, artıq bu mövzuda çətinlik çəkdiyini qeyd edib. Müzakirə zamanı Azərbaycanın adı da mövzuda yer alıb.

“FETÖ Türkiyə daxilində və xaricində, xüsusilə Rusiyada genişlənməkdədirlər. Guya Rusiya ölkəsini bunlardan təmizlədiyini zənn edir. Qırğızıstan vətəndaşı olaraq, Türkmənistan, Azərbaycan, Gürcüstan vətəndaşı olaraq bunları pasportları var. Bu vətəndaşlıq statusları ilə Rusiyada ruslarla şirkət qururlar və ordan Türkiyəyə pul transferi edirlər. Baxırsınız ki, Rusiya şirkətidir, qurucuları qırğız və ya gürcüdür. Lakin mən artıq yorulduğum üçün bu haqda şikayətlərimi dayandırmışam”. / “A24.az”

Türkiyə mediasında yayımlanan videogörüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...