Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FETÖ üzvü olan pilot həbs edilib

Təyyarəçi Serkan Kurtuluş həbs olunub.

Gürcüstanda İnterpol xəttiylə axtarışa verilmiş Türkiyə vətəndaşı, 2015-ci ildə Rusiyaya məxsus Su-24 təyyarəsini vuraraq, pilot Oleq Peşkovun ölümünə səbəb olan təyyarəçi Serkan Kurtuluş həbs olunub.

Din.az bildirir ki, bu şəxs iyunun 29-da Batumidə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Rəsmi Ankara Tiflisdən onun ekstradisiyasını tələb edir. Qeyd edək ki, Serkan Kurtuluş Rusiyaya məxsus təyyarənin vurulmasına görə Türkiyədə həbs olunmuş, lakin bir müddət sonta sərbəst buraxılmışdı.
Bu dəfə axtarışa verilməsinə səbəb isə onun FƏTÖ terror cərəyanıyla əlaqələrinin üzə çıxmasıdır. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...