Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FETÖ-ya görə tutulanların sayı açıqlandı: Yarım milyon…

Türkiyədə FETÖ-çulara qarşı mübarizə davam edir.

FETÖ ilə mübarizə tədbirləri çərçivəsində indiyə qədər 38 min 578 nəfər Türkiyənin Daxili İşlər Nazirliyindən xaric olunub edilib, 5 min 679 nəfər vəzifədən uzaqlaşdırılıb.

Din.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Süleyman Soylu danışıb.

“Xaric edilənlərin bir qismi həbsdədir. Bunların 31 mini polis, 4 min 159-u jandarma, 348-i sahil mühafizə xidmətinin əməkdaşları olub. Şəxsi heyət sayındakı bu cür böyük kəsrə baxmayaraq ortaya ciddi bir iş qoyuldu. Bütün dostlarımıza, təhlükəsizlik orqanlarımıza buna görə təşəkkür edirəm. FETÖ və PDY əməliyyatları çərçivəsində 15 iyul 2016-cı ildən bu yana ümumilikdə 511 min nəfər saxlanılıb, 30 min 821 nəfər həbs edilib”, – Soylu bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...