Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FETÖ-yə qarşı ard-arda ƏMƏLİYYATLAR – Türkiyə

Türkiyədə FETO-ya qarşı əməliyyatlar davam edir.

Ankara Cümhuriyyət Baş Prokurorluğu 8 fərqli rayonda FETO-ya qarşı əməliyyat təşkil edib.

Ötən gün Adana Baş Prokurorluğunun təlimatı ilə Rayon Polis idarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi əməkdaşlarının səyi nəticəsində polislikdən uzaqlaşdırılan 59 şübhəli saxlanılıb. Şübhəlilər Adana Məhkəmə Tibbi Ekspertizasında müayinədən keçdikdən sonra polis idarəsinə götürülüblər.
Türkiyədə daha bir FETO əməliyyatı Konyada keçirilib. Polis əməkdaşları 29 fərqli adresdə əməliyyat aparıblar. Türkiyə Silahlı Qüvvələri şübhəlilərin molla, direktor, imam, tələbə, asistant, həkim və fərqli vəzifələrdə çalışdıqları xəbərini əldə edib. Şübhəlilərin saxlanması üçün əməliyyat davam edir.

Alınan məlumata görə, Kocaeli Cümhuriyyət Baş Prokurorluğunun da FETO/PDY-yə yönəlik əməliyyatları davam edir. Bu əməliyyatlar çərçivəsində 9 vəzifəli, 4-ü vəzifəsindən xaric edilmiş, 1 təqaüdçü, 1 keçmiş hərbiçi ilə 2 vətəndaş “məhrəm qardaş” haqqında həbs qərarı verilib. Şübhəlilərin yaxalanması üçün Kocaeli Polis idarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi əməkdaşları Kocaeli, Ankara, İzmir, Antalya, Muğla, Düzce, Zonguldak, Kars, Hatay, Kayseri və Adanaya eyni zamanda əməliyyatlar hazırlayıb. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...