Fətullah Gülənin ekstradisiya edilməsi ilə bağlı ABŞ-dan İLK AÇIQLAMA

“Ağ Ev” Gülənlə bağlı yayılan xəbərlərə reaksiya verib.
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib.
Din.az Milli.Az-a istinadla bildirir ki, ABŞ-dan Fətullah Gülənin ekstradisiya edilməsi ilə bağlı ilk açıqlama gəlib.
“Ağ evdə Gülənin ekstradisiya edilməsi ilə bağlı hər hansı görüş keçirilməyib. Türkiyədən göndərilən sənədlərin dəyərləndirilməsi davam etdirilir”.
Bu barədə məlumat ABŞ dövlət departamentindən verilib.