Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fətullah Gülənin qardaşına verilən cəza bəlli oldu

Türkiyədə FETÖ-ya qarşı mübarizə davam edir.

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı Kutbettin Gülənə 10 il 6 ay həbs cəzası verilib.

Din.az bildirir ki, İzmir 14-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə ittiham olunan K.Gülənlə bağlı şahid ifadələri dinlənilib. Əvvəlcə 7 il həbsə məhkum edilən müttəhimin daha sonra cəzası 3 il 6 ay artırılaraq 10 il 6 aya çatdırılıb.

Qeyd edək ki, Gülən 2016-cı il oktyabrın 2-də saxlanılıb. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...