Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fətullahın keçmiş müridi “Mardan Palace” otelini alır – FOTO

Bu iş adamı Fətullah Gülənin müridlərindən biri olub.

Azərbaycan əsilli keçmiş oliqarx-milyarder, hazırda sifarişli qətllərə və mütəşəkkil cinayətkar qruplaşma yaratmağa görə axtarışda olan Telman İsmayılovun Antalyadakı dəbdəbəli “Mardan Palace” otelinin yeni sahibinin kimliyi məlum olub.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bu “Rixos Group” otellər şəbəkəsinin sahibi, türkiyəli iş adamı Fəttah Təmincədir.

Tikintisi 1.4 milyard dollara başa gələn və T.İsmayılovun batmasında katalizator rolunu oynayan otel cəmi 150 milyon dollar kredit borcuna görə müsadirə edilərək məhkəmə qərarı ilə Türkiyənin dövlət bankı olan “Halk Bank”a keçmişdi. Lakin otel bankın mülkiyyətinə keçəndən sonra onun fəaliyyəti zəifləyib, demək olar ki, boş qalıb. Və hazırda bank otelə müştəri axtarır. “Mardan Palace” otelinə Fəttah Təmincənin rəhbəri olduğu “Rixos Group” maraq göstərir. Temincə bu informasiyanı türk qaynaqlarına təsdiq edib, amma deyib ki, proses hələ danışıqlar mərhələsindədir və nəticələr gələn həftədən tez məlum olmayacaq.


Bu həmin Temincədir ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə otel biznesi mövcud olub. Habelə əvvəllər AKP hakimiyyətinə yaxın olan bu iş adamı Fətullah Gülənin müridlərindən biri idi. 2016-cı ilin iyul hərbi çevriliş cəhdindən sonra Türkiyə hakimiyyəti fətullahçıların hamısını terrorçu elan edib onların üzərinə total hücuma başlayanda Fəttah Temincə də saxlanıldı. O, “terror təşkilatına üzv olmaq” və “dələduzluq” ittihamları ilə suçlanaraq istintaqa cəlb edilmişdi.

Temincə 2016-cı ilin avqustunda Antalya prokurorluğuna verdiyi ifadədə Fətullah Gülən camaatının üzvü olduğunu təsdiqləyib. Amma deyib ki, vaxtilə fətullahçılar özlərini “Nuhun gəmisi” kimi təqdim edərək onu təhdid yolu ilə öz sıralarına cəlb ediblər. Dindirmədən sonra Temincenin barəsində istintaq dayandırılıb və o, sərbəst buraxılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...