Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

FİFA-dan Ruhaniyə təklif: Gəlin, oyuna baxın…

“Elə bir dünyadır ki, hər kəsə çatacaq qədər problemimiz var”.

FİFA rəhbəri Gianni İnfantino İranın Gənclik və İdman naziri Məsud Sultanifər ilə görüşüb.

Din.az xəbər verir ki, Tehranda baş tutan görüşdə tərəflər 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatını müzakirə ediblər.

Görüş zamanı İnfantino futbolun hər kəs üçün olduğunu bildirərək, bu idman növünün siyasətdən uzaq tutulmasının vacibliyindən danışıb:

“İran və Səudiyyə Ərəbistanı milliləri arasında matç baş tutacaq. Elə bir dünyadır ki, hər kəsə çatacaq qədər problemimiz var. Siyasi problemlər olduqca çoxdur. Lakin futbol bütün dünya üçündür. Hər bir ölkənin belə mötəbər yarışa ev sahibliyi etməsini arzu edirəm”.

FİFA rəhbəri eyni zamanda İran lideri Həsən Ruhanini də dünya çempionatı yarışlarını izləməyə dəvət edib.

Qeyd edək ki, 14 iyun-15 iyul tarixləri arasında Rusiyada futbol üzrə dünya çempionatı baş tutacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...