Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Filippin lideri Morolu müsəlmanlara dəstək oldu

Müsəlmanlar muxtariyyət istəyir…

, qarşıdurmaların sonlandırılması üçün Moro İslami Qurtuluş Cəbhəsinin müxtariyyət qanununa dəstək verib.

“Din.az” xəbər verir ki, “Worldbulletin”in məlumatına görə, Moro İslami Qurtuluş Cəbhəsi uzun müddətdir Bangsamoro Əsas Qanununun (BƏQ) Filippin Senatında keçməsini istəyir.

Bu ilin fevral ayında BƏQ Filippin Senatında təsdiq edilmiş, lakin əksəriyyət qəbul etməmişdi.

Bangsamoro xalqının böyük hissəsində, bütün ölkədə sülh istəyən vətəndaşlarda və 17 illik sülh prosesini təqib edən digər ölkələrdə ziyana yol açdığı ifadə edilən açıqlamada, “qanunun həyata keçməməsinin ciddi məyusluğa və üzüntüyə səbəb olduğu” vurğulanmışdı.

Filippinin cənubundakı müqavimət hərəkatı MİKC təqribən 40 il davam edən qarşıdurmalardan sonra hökumətlə 27 mart 2014-cü ildə Bangsamoro Sülh Müqaviləsi imzalayıb. Müqavilənin imzalanması ilə Mindanaoya qalıcı və davam etdirilə bilən sülh gətirməsini nəzərdə tutan Bangsamoro Əsas Qanununun son layihəsi ötən il sentyabr ayında Filippin Konqresinə təqdim edilmişdi.

Yeni dövr qarşıdurmalarına 18 yanvarda başlayan Senat 9 mayda keçiriləcək ümumi və prezident seçkiləri səbəbi ilə fevral ayının əvvəllərində yenidən tətilə girib. Qanunun Senatda qəbul edilməsi də seçkilərdən sonraya qalmış oldu. Seçkilərdən sonra meydana gələcək siyasi mühitdə qanunun gələcəyinin nə olacağı hələlik məlum deyil. Bangsamoro Əsas Qanunu qəbul edilsəydi Mindanao və ətrafının seçkilərdən sonra müsəlmanların rəhbərliyinə keçməsi gözlənilirdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...