Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Filippin prezidenti: “Allahın varlığı mənə sübut olunsa, istefaya gedəcəyəm”

Deterte: “Kosmosda nizam-intizamı dəstəkləyən hər hansı ali qüvvənin olduğunu istisna etmirəm”.

Filippinin Prezidenti Rodriqo Duterte kimsə Allahın varlığını ona sübut etsə, istefaya getməyə söz verib.

Din.az bildirir ki, bu barədə “Report” “İnterfaksa” istinadən xəbər verir.

Onun sözlərinə görə, bir şahidin və insanın Tanrı ilə danışa biləcəyini sübut edən fotoşəkilin olması ona kifayətdir.

R.Duterte eyni zamanda kosmosda nizam-intizamı dəstəkləyən hər hansı ali qüvvənin olduğunu istisna etməyib.

Xatırladaq ki, ötən həftə Filippinin prezidenti əksəriyyəti katoliklər təşkil edən həmvətənlilərini şoka salaraq Allahı təhqir edən ifadələr işlətmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...