Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Filippində müsəlmanlara genişləndirilmiş muxtariyyət verilir

Müsəlmanların yaşadığı regiona genişləndirilmiş muxtariyyət veriləcək.

Filippin parlamentinin Nümayəndələr Palatası müsəlman moro xalqının sıx yaşadığı regiona genişləndirilmiş muxtariyyətin verilməsini nəzərdə tutan “Banqsamoro regionuna muxtariyyətin veilməsi haqqında” qanun layihəsini qəbul edib.

Din.az xəbər verir ki, qanun Mindanao əyalətinin bir sıra rayonlarına muxtariyyətin verilməsi nəzərdə tutur.

Bildirilib ki, sənəd təsdiqlənmək üçün Filippin Prezidenti Rodriqo Duterteyə təqdim edilib.

Moro İslam Azadlıq Cəbhəsi 40 ilə yaxındır Filippin hökumətinə qarşı mübarizə aparır. 120 mindən çox insan bu silahlı qarşıdurmanın qurbanı olub. 2014-cü il martın 27-də tərəflər arasında sülh sazişi imzalanıb. Həmin razılaşmaya əsasən, Mindanao adasının cənub hissəsi muxtar region olacaq.

Cari ilin aprelində isə Prezidenti Rodriqo Duterte bildirmişdi ki, Mindanao adasının cənub hissəsinə muxtar region statusunun verilməsini nəzərdə tutan qanun layihəsi may ayının sonunadək təsdiqlənməzsə, istefa verəcək. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...