Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Final matçına oruclu qatılmaq istəyən Muhamməd Salaha fətva verildi

Din adamı: “İdman ağır işlərdən sayılmır”.

Çempionlar liqasının final matçına oruclu qatılmaq istəyən “Liverpul” klubunun oyunçusu Muhamməd Salaha fətva verilib.

Din.az xəbər verir ki, matç mayın 26-sı “Liverpul” və “Real Madrid” arasında oynanılacaq.

Muhamməd Salah fətvaya cavab olaraq həmin gün orucunu qəza etməyəcəyini bildirib.

Habertürk qəzetinin məlumatına görə, başqa bir din adamı Yasər Burhami isə Quranda futbolçuların orucdan azad edilməsi ilə bağlı ayənin olmadığını bildirib.

“İdman ağır işlərdən sayılmır” – deyə din adamı deyib.

Qeyd edək ki, Ukraynada oynanılan matç iftardan yarım saat öncədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...