Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FİTRƏ ZƏKATINI NECƏ VƏ NƏ VAXT ÇIXARMALI? – VİDEO

Acların doyurulduğu, yardıma möhtacların üzünün güldüyü ay…

Ramazan ayı savabların qat-qat çox verildiyi aydır.

Din.az “Milli.Az”a istinadən bildirir ki, fitrə sədəqəsinin verilməsi mübarək Ramazan ayına xas olan ibadətlərdən biridir. Acların doyurulduğu, yardıma möhtacların üzünün güldüyü bu ayda, fitrənin başqa bir əhəmiyyəti də var.

Fitrə məhz özünün və ailəsinin xərclərini təmin edə bilməyən və bunu edəcək kimsəsi olmayan şəxslərə çatdırılmalıdır. Fitrəni verən zənginlər alan isə kasıblardır.Amma bunun verlişi zamanıda müəyyən qaydalara əməl etmək lazımdır.

Fitrə Peyğəmbərimizin dövründə, əsasən buğda, arpa, quru üzüm və xurmadan verilirdi.Tarixən bu şəkildə verilən fitrə sədəqəsi müasir dövrdə pulla da verilə bilər. Bu pulun miqdarı isə bir insanı bir gün ərzində doyuracaq qədər olmalıdır. Ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq müəyyən olunmuş miqdarda fitrə çıxarmalıdır.

Fitrə – möhtac içində olan insanların qismən də olsa ehtiyaclarını təmin edərək sosial yardımlaşmanın ən gözəl nümunəsidir .İlahiyyatçıların sözlərinə görə fitrə mütləq Bayram namazından əvvəl verilməlidir. məqsəd isə odur ki fitrəni alan şəxslərin də evlərində bayram süfrəsi açılsın. İlahiyyatçılar bildirirlərki, borc alıb fitrə zəkatı vermək düzgün deyil.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...