Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FİTVA: QADINLARIN ƏRLƏRİNİN TELEFONUNA BAXMASI HARAMDIR

“Bu addım bir çox ailələrin dağılmasına səbəb olur”.

Misirin “Darül-Fitva” tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.

Din.az Trend-ə istinadən bildirir ki, tanınmış müftinin qeyd etdiyinə görə, qadının öz ərinin telefonunu “təftiş etməsi” haramdır və qəbuledilməz addımdır.

A.Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fitvanı verib.

Müftinin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...