Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Skandinaviyanın ən məşhur saytı ELŞAD MİRİNİN qadağan olunmuş kitabından yazdı

“Forum 18 Xəbərlər Xidməti” “İslamda Yoxdur” kitabı ilə bağlı …

İlahiyytaçı Elşad Mirinin çapı qadağan olunmuş “İslamda Yoxdur” kitabı ilə bağlı “Forum 18 Xəbərlər Xidməti”ndə yazı dərc olunub.

Din.az “A24.az”a istinadən bildirir ki, Norveç-Danimarka-İsveçin təşəbbüsü ilə fəaliyyət göstərən, qeyri-kommersiya xidməti olan “Forum 18 Xəbərlər Xidməti” kitabın ölkədə senzura ilə qarşılaşmasından, dini komitənin qadağa ilə bağlı gətirdiyi əsaslardan bəhs edib.

Elşad Miri kitabına qoyulan qadağandan danışarkən bildirib ki, dini kitablar komitənin razılığı olmadan çap edilə bilər. Amma nəşriyyat bu razılıq əldə edilmədən hər hansı dini kitabı çap etmir. Kitabında toxunduğu 7 mövzu isə islamda olmadığı halda insanlara təqdim edilən miflərdir. Fevralın 12-də foruma yazdığı müraciətində ilahiyyatçı bildirib ki, kitabının nəşrinə icazə almaq üçün yanvar ayının 15-də dini komitəyə müraciət edib.

Kitab haqqında rəy yazan Namiq Cırıyev isə onun qadağan olunmasına əsas gətirdiyi səbəblərdən birini bu şəkildə izah edib: “Kitabın əsas problemli məqamlarından biri bütün məzhəb alimləri tərəfindən qəbul edilən peyğəmbərlərin məsumluq sifəti şübhə altına alınmasıdır. Müəllif israrla bəzi ayələrin zahiri mənasına isnad edərək peyğəmbərlərin, əsasən də Məhəmməd peyğəmbərin də günah işlətdiyini, səhvə yol verdiyini bildirir”.

Kitabına qoyulan qadağanın əsassız olduğu deyən ilahiyyatçı “Forum 18”ə bildirib ki, internet mediasının mövcud olduğu dünyada sərbəst düşünməyi kiməsə qadağan etmək düzgün deyil. Ölkədə senzura yoxdur ki, yazdığın bir kitaba qadağa qoyulsun.

Bundan başqa “forum18.org” saytında dərc olunan şikayətdə Elşad Mirinin kitabda toxunduğu mövzular, Namiq Cırıyevin kitabla bağlı rəydə yazdıqları, dini komitənin məsələ ilə bağlı açıqlaması, daha əvvəl komitənin Yəhova Şahidləri tərəfindən məhkəməyə verilməsi və qanuni məsələlərə toxunulub.

Sözügedən yazıya bu linkdən daxil ola bilərsiniz:

http://www.forum18.org/archive.php?article_id=2351

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...