Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fransa məktəbləri dinlərə “müharibə” elan etdi – ƏTRAFLI

“Oruc tutan müsəlman uşaqlar artıq idman dərslərindən azad edilməyəcəklər”.

Din.az xəbər verir ki, Fransanın Maarif nazirliyi yeni sərəncam imzalayıb. Sənədə əsəsan, artıq təhsil müəssisələrində insanın hər hansısa bir dinə aid olduğunu göstərən nişanələrin istifadəsi qadağan edildi.

Xüsusən də, məktəblilərə necəliyindən asılı olmayaraq, hicab taxmaq, xristian xaçı taxmaq, yəhudi kipası taxmaq, hətta uzun yubka geyinmək belə qadağandır.

Bundan başqa, müqəddəs Ramazan ayında oruc tutan müsəlman uşaqlar artıq idman dərslərindən azad edilməyəcəklər. İçərisində hətta lüt siluetlərin belə olduğu müzeylərə məktəblilərin aparılması isə zəruri olacaq.

Həmçinin təhsil ocağı binası və ərazisində istər tək, istərsə də cəm halında ibadət etmək, namaz qılmaq da qadağan edilib.

Müəllimlərlə əl görüşməkdən imtina edənlər isə, məktəbdən qovula bilərlər. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...