Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Fransa məscidlərə maliyyə yardımını qadağan edir

Share Button

Məscid imamları Fransada yetişdirilməlidir…

Fransanın baş naziri Manuel Valls hökumət olaraq ölkədəki məscidlərə müvəqqəti olaraq kənardan gələn maliyyə yardımının qadağan edilməsini planlaşdırdıqlarını açıqlayıb. Valls imamların Fransada yetişdirilməsini, başqa yerdən gəlməməsini söyləyib.ax-march-22-1458652975

“Din.az” xəbər verir ki, “Le Monde” qəzetinə müsahibə verən Valls, Fransadakı İslam cəmiyyəti ilə yeni bir əlaqə yaratmaq istədiklərini bildirərək, “Məscidlərə ölkə xaricindən gələn maliyyə dəstəyini keçici olaraq qadağan etməyi düşünürük. Fransadakı imamlar bu ölkədə yetişməli, başqa bir yerdən gəlməməlidir” ifadələrini işlədib.

Baş nazir Valls, Fransanın şimal-qərbində yerləşən Saint-Etienne-du-Rouvray şəhərində terror aktını törədənlərdən Adel Kermichein may ayında sərbəst buraxılmasının da bir uğursuzluq olduğunu əlavə edib.

Valls, radikal qruplara üzv olan təcavüzkarlrın özlərini gizlətmə üsullarına diqqət edilməsini vurğulayıb. Terrorla mübarizədə dövlətin hüquq çevrəsindən kənara çıxmayacağını söyləyən Valls, “hökumətim fransız üsullu bir Quantanamo düşərgəsi yaratmayacaq. İnsanları şübhələrə əsaslanaraq xüsusi yerlərdə saxlamaq əxlaqi və hüquqi baxımdan qəbul edilə bilməz” deyə bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir