"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Fransa müsəlmanlarından Nitsa sakinlərinə dəstək

Share Button

Fransa Müsəlmanlar Şurası Nitsada törədilən terror aktını pisləyib

Fransa Müsəlmanları Şurası Nitsada Bastiliya Qalasının Alınması Günü törədilən terror aktını pisləyib.

“Din.az” bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

“Fransada dəhşətli terror aktı törədilib. Şura Nitsanın sakinləri ilə tam həmrəy olduğunu bildirərək, qurbanların yaxınlarına dərin hüznlə başsağlığı veririk və yaralılara Allahdan şəfa diləyirik”, – deyə Şuranın bəyanatında bildirilir.

Şura üzvləri terakt qurbanlarının ruhuna dua oxumağa çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir