Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fransa polisindən müsəlman qadına qarşı vəhşilik – VİDEO

Polislərdən biri hicablı qadına gülüb və …

Fransanın paytaxtı Parisin şimalında yerləşən və 2 mindən çox miqrantın məskunlaşdığı müvəqqəti düşərgə ləğv edilib.

“Din.az” “publika.az”a istinadən bildirir ki, düşərgədə qalan bir nəfər müsəlman qadın oradakı əşyalarını yığmaq istəyən zaman polis tərəfindən təzyiqə məruz qalıb.

Belə ki, düşərgənin girişində təhlükəsizlik tədbirləri həyata keçirən Fransız polisindən olan qadın müsəlman miqrantın düşərgəyə girişinə icazə verməyib. Müsəlman miqrant əşyalarını toplamaq üçün düşərgəyə girməyə icazə istəsə də, qadın polis ona imkan verməyib və miqrantı itələyərək təzyiq göstərib.

Daha sonra fransız polisi miqranta “bizi daha çox əsəbiləşdirmə, tez buradan get” deyə xəbərdarlıq edib.

Həmin vaxtı orada olan Ricardo Abdahllah adlı şəxs də miqranta təzyiq edilmə anlarının videosunu çəkib. Bundan sonra isə qaçqın qadın göz yaşları tökərək ağlayıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...