Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fransa prezidenti Makron hicablı qadınları müdafiə etdi

Makron: “Bu gün ölkəmizdə 4,5-6 milyon nəfər müsəlman yaşayır”.

Fransa prezidenti Emmanuel Makron ölkəsində hicaba hörmət edilməsinin vacib olduğunu bildirib.

Din.az bildirir ki, Makron jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, hicabın Fransada yasaq elan edilməsi inanclara qarşı hörmətsizlik olar:

“Bu gün ölkəmizdə 4,5-6 milyon nəfər müsəlman yaşayır. Bu din bizim üçün yenidir. Tarixən Fransada katolik, protestant və yəhudilər yaşayıblar. Çoxsaylı vətəndaşlarımız bu yenilikdən qorxur. Ancaq birlik olmaq istəyiriksə hər kəsin dini etiqad azadlığını qəbul etməliyik”.

Makron qeyd edib ki, İslama qarşı fobiya radikal dindarlar tərəfindən hiss olunur. Jurnalistlərdən birinin “hicablı bir xanım görərkən nə hiss edirsiniz?” sualına isə “ Hörmət edirəm” deyə cavab verib.(Modern.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...