Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fransa Prezidenti: “Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik”

“Biz bu abidələri yaradan xalqıq. Hələ çox tikililərə qol qoyacağıq”.

“Biz Notr-Dam-de-Pari kilsəsini 5 ilə bərpa edəcəyik”.

Din.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron bu gün xalqa birbaşa yayım vasitəsilə müraciəti zamanı bildirib.

O, deyib: “Biz bu abidələri yaradan xalqıq. Hələ çox tikililərə qol qoyacağıq. Bu fəlakət bir daha nümayiş etdirdi ki, tarix donmayıb və bizi hələ yeni sınaqlar gözləyir”.

“Sarı jiletlilər”in tələblərinə cavab olaraq keçirilmiş böyük debatların nəticələrinə toxunan Fransa Prezidenti bildirib ki, o, tezliklə yenidən xalqın qarşısına qayıdacaq. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...