Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fransa XİN-in nümayəndələri dini komitədə olub

“Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin nəzdində Kontinental Avropa Departamentinin direktoru Florans Manjen, departamentin direktor müavini Nikola Dölakost ilə görüşüb.

“Din.az” bildirir ki, Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, səfirliyin birinci müşaviri Fabien Dru-Lozinskinin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə qurulduğunu deyərək bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Sədr müavini qeyd edib ki, Azərbaycan tolerant ölkədir və tolerantlıq ölkənin ictimai-siyasi həyatında özünü göstərir. Azərbaycanda müxtəlif dini, milli qruplara dillərini, mədəniyyətlərini və adət-ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək üçün bütün şərait yaradılıb. Səyavuş Heydərov bildirib ki, tolerantlığın təşviqində və radikalizmə qarşı mübarizədə Fransa və Azərbaycan sekulyar modelləri mühüm rol oynayır.

Florans Manjen tolerantlığın Azərbaycan xalqının səciyyəvi xüsusiyyəti olduğunu, Azərbaycanda dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Görüş Azərbaycan-Fransa əməkdaşlığının gücləndirilməsinə yönəlmiş tədbirlərin müzakirəsi ilə davam edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...