Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
2ffe471e04ba2bdce15b891edda74e34-890x395

Fransa “Xristian köklərinə” geri qayıdır

Share Button

Ölkənin şimalındakı Rouen şəhəri yaxınlığında bir keşişin terror hücumlarında öldürülməsindən sonra Fransada siyasətçilər gün keçdikcə […]

Ölkənin şimalındakı Rouen şəhəri yaxınlığında bir keşişin terror hücumlarında öldürülməsindən sonra Fransada siyasətçilər gün keçdikcə “Xristian köklərinə” istinad etməkdə daha da israrlı davranır.

Dünyəviliyin dünya səviyyəsində ən qatı müdafiəçisi olan Fransada İslam əleyhinə sanksiyalar, “islahat” çağırışları, hicab və niqabla bağlı qadağalar getdikcə daha da artır.

Fransanın 1905-ci ildə rəsmən dövlət idarəsindən uzaqlaşdırdığı Katolik kilsəsi ilə barışmasının ən vacib nüansları arasında siyasətçilərin Vatikanla sıx təmas qurmağa başlaması yer alır.

2013-cü ildə eynicinslilərin evliliyinin qəbulu və 2015-ci ildə eynicinsli olduğunu gizlətməyən Laurent Stefaninin Vatikanın səfiri Papa Fransisk tərəfindən rədd edilməsi, daha sonra katolik dünyası ilə arası pozulan Fransanın, prezident Ollandın Papa ilə görüşməsi nəticəsində Vatikanla yaxın zamanlarda heç olmadığı qədər yaxınlaşmaları gözlənilir.

Fransa Şərqi xristianların hamisidir…

Fransız kralları tərəfindən Romada inşa edilən Saint-Louise-des-Français kilsəsi qarşısında mətbuat nümayəndələrinə açıqlama verən Olland, Papa Fransisk ilə görüşməsinin baş maddələrindən birinin Yaxın Şərqdəki xristianlar olduğunu bildirib.

Papa ilə Fransanın Şərqi xristianlar mövzusunda “eyni missiya uğrunda hərəkət etdiyini” ifadə edən Olland, Fransanın, Şərqi xristianların ən böyük hamilərindən biri olduğunu vurğulayıb.

Olland 26 iyulda yaşanan terror hücumundan sonra Şərqi xristianlar üçün Fransanın səfərbər olduğunu dilə gətirmiş, “onların hər çür əziyyətlər çəkdiyini bilirik. Xristianlar Yaxın Şərq üçün vazkeçilməz və bölgənin tarazlığını təmin etməkdədir. Yaxın Şərqdə yaşanan krizisdə xristianlar unudulmasın deyə, Papa və Fransa böyük səy göstərir” ifadələrini işlətmişdi.

Papadan Ollanda ÖZƏL TƏŞƏKKÜR…

Fransız hökumətinin Jacques Hamel adlı keşişin öldürülməsindən sonra kilsələrin qorunması ilə bağlı tədbirlər görən və xristianllığı ucaldan açıqlamaları Vatikanın diqqətindən yayınmayıb.

Necə ki Olland, 26 iyulda yaşanan hücumdan dərhal sonra Papa Fransisk ilə telefonda danışmış, “bu keşişə hücum etmək, bütün Fransanı öldürmək deməkdir” şərhini vermişdi. Papa isə Ollanda “qardaşım” deyə səslənərək onunla telefonda danışmaq istədiyi üçün xüsusi olaraq təşəkkür etdiyini söyləmişdi.

Olland hücumun növbəti günü baş nazir Manuel Valls və daxili işlər naziri Bernard Cazeneuvenin də iştirakı ilə “Notre-Dame”da Paris kilsəsind təşkil olunan ayınə qatılmışdı.

Siyasətçilərdən dini dəyərlərə  yönəltmə…

Katolik dünyasının 15 avqust günü qatıldığı Məryəm Ananın səmaya yüksəlişi bayramı isə fransız siyasətçilərə dini dəyərlərə vruğu etmək üçün yeni bir fürsət verib.

Təqribən 25 min nəfərin iştirakı ilə keçirilən Lourdes şəhərində 500 –dən çox polis və silahlı mühafizəçilər xidmət edərkən, şəhərin hava sahəsi insan tərəfindən idarə olunan hava vasitələrinə və təyyarə uçuşlarına bağlanmışdı.

Daxili İşlər naziri Cazeneuve təhlükəsizlik tədbirlərinə nəzarət etmək üçün, xüsusilə Lourdesə gedərkən, müxalifətin öndə gələn siyasətçiləri də təşkil olunan dini ayində olub. Sağcı respublikaçılar partiyasının sədrliyinə namizəd Bordeaux Bələdiyyə başçısı Alain Juppe Lourdes şəhərində, “Katoliklərin narahatçılığını bir katolik olaraq anlayıram. Bura gəlmək mənim üçün son zamanlar çox çətin günlər yaşayan xristianlara dəstəyimi göstərməkdir” deyə ifadə edib.

Sağın digər əhəmiyyətli namizədlərindən biri keçmiş prezident Nikolas Sarkozi isə həyat yoldaşı ilə Lavandolu qəsəbəsindəki kilsədə ayinə qatılarkən, başqa bir namizəd François Fillon isə Solesmes katedralındakı ayində “Fransanın  xristian köklərini yenidən ortaya çıxarmaq üçün hazır olduqlarını dilə gətirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top