Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fransada 7 məscid terrorla mübarizə səbəbilə bağlanıb

Fransada məscidlər bağlanır, şübhəli evlər yoxlanılır.

Fransada 2 il əvvəl qüvvəyə minən terrorla mübarizə qanunu çərçivəsində 10 terror hücumunun qarşısının alındığı, 7 məscidin bağlandığı bildirilib.

Din.az Türkiyə mətbiatına istinadən bildirir ki, qanun çərçivəsində 10 terror hücumunun qarşısı alındığı, bələdiyyələrin tələbiylə 7 məscidin bağlandığı qeyd olunan açıqlamada 93 nəfərin evinin yoxlanıldığı vurğulanıb.

Açıqlamaya əsasən, bu müddət ərzində 106 nəfərə ev dustaqlığı verilib, ölkədə 3 terror hücumunun təşkil edildiyi qeyd edilib.

Bələdiyyələr məscidlərin də yer aldığı ibadətxanaları bağlama səlahiyyətinə sahibdir. Terroru dəstəkləyən, yaxud təbliğatını aparan hər hansı “yazı”, “danışıq”, “fikir və nəzəriyyə” ibadətxanaları bağlamaq üçün səbəbdir.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...