Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fransada Bəşşar Əsədin əmisinin 691 milyon avro dəyərindəki əmlakı müsadirə edilib

Bəşşar Əsədin yaxınlarına məxsus əmlak araşdırılır.

Fransa gömrük orqanının əməkdaşları ispaniyalı həmkarları ilə birlikdə Suriya prezidenti Bəşşar Əsədin əmisi Rifat Əsədə və onun yaxınlarına məxsus ümumi dəyəri 691 milyon avro olan daşınmaz əmlakı müsadirə ediblər.

Din.az bildirir ki, bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin aprel ayında Fransada R.Əsəd ilə bağlı atçılıq zavodu və dəbdəbəli mənzillər də daxil olmaqla 100 milyon dollar məbləğində əmlakın əldə edilməsi üzrə istintaq başlanıb. İyun ayında Fransa prokurorları ona qarşı korrupsiya ittihamı irəli sürüb, ardından onun əmlakına həbs qoyulub.

Ümumilikdə, 500-dən çox daşınmaz əmlaka, o cümlədən İspaniyanın Marbelya kurort şəhərində yerləşən əmlaklara – malikanə, şəhərkənarı ev, apartamentlər və restoranlara həbs qoyulub.

Fransa gömrüyü həmçinin zinət əşyalarını, avtomobilləri və yarış atlarını müsadirə edib.

Qeyd edək ki, Bəşşar Əsədin atasının qardaşı olan Rifat Əsəd 1983-cü ildə dövlət çevrilişinə cəhddən sonra ölkədən qovulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...