Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fransada erməni əsilli şəxs Paris məscidinə hücum etmək istədi

Parisdə məscid qarşısında terrora cəhd edilib.

Fransada cümə axşamı günü bir erməni əsilli terrorçu maşınını paytaxt Parisdə yerləşən məscidin qarşısında bir izdihamın üzərinə sürməyə cəhd edib.

Din.az xəbər verir ki, Fransada cümə axşamı günü bir erməni əsilli terrorçu maşınını paytaxt Parisdə yerləşən məscidin qarşısında bir izdihamın üzərinə sürməyə cəhd edib, polis deyir.

Yerli vaxtla saat 18:30-da Parisin Creteil rayonunda baş vermiş hadisədə xəsarət alan olmayıb.

Deyilənlərə görə, maşının qarşısını məscidin ətrafına qoyulmuş baryerlər alıb.

Şübhəli şəxsin hücumda məqsədi hələ ki, məlum deyil, lakin Le Parisien qəzeti yazır ki, o, erməni əsillidir və islamçı qruplarla əlaqəli hücumlara qarşı qisas almaq istədiyini deyib.

Son zamanlar İŞİD-ə üzv olduqlarını iddia edən şəxslər Avropada bir çox avtomobilli hücumlar təşkil ediblər.

Polisin bəyanatında deyilir ki, kişi maşını Parisin cənub-qərbində yerləşən məscidi qorumaq üçün yerləşdirilən baryerlərə dəfələrlə çarpıb.

Hücum cəhdindən sonra o, hadisə yerini sürətlə tərk edib, lakin daha sonra qəzaya uğrayıb və sürücü qaçmağa cəhd edib. Bundan qısa müddət sonra o, saxlanılıb.

Le Parisien qəzeti onun narkotik qəbul etdiyini və ya içkili olduğunu işarə edən əlamətlər olmayıb.

Məlumatlara görə şübhəli İŞİD ilə əlaqəli Bataclan teatrı və Champs-eliyeses küçəsində baş verən hücumlara görə qisas almaq istədiyini deyib.

Fransa hələ də 2015-ci ilin noyabrında 130 nəfərin ölümü ilə nəticələnən Bataclan teatrı hücumundan sonra bəyan edilən fövqəladə vəziyyətdə qalmaqdadır.

Aprel ayında bir silahlı Champs-eliyeses küçəsində polis zabiti Xavier Jugele-ni qətlə yetirdikdən sonra öldürülüb. Onun cəsədinin yanında İŞİD-i müdafiə edən məktub tapılıb.  / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...