Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Fransada imamlara sertifikat veriləcək

Share Button

Fransanın paytaxtı Parisdə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə III Müsəlmanlarla Dialoq Konfransı təşkil olunub. “Din.az”ın məlumatına görə, Fransa İslam Şurası başda olmaqla müsəlman qurumlarının təmsilçilərinin iştirak etdiyi toplantıdan sonra açıqlama verən Fransa İslam Şurasının sədri Anouar Kbibech, “ölkədə xidmət edəcək imamların dərəcələndirilməsi və onlara sertifikat verilməsi tətbiq ediləcək”, – deyə bildirib. İmamların dini mövzularda verəcəyi […]

Fransanın paytaxtı Parisdə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə III Müsəlmanlarla Dialoq Konfransı təşkil olunub.

“Din.az”ın məlumatına görə, Fransa İslam Şurası başda olmaqla müsəlman qurumlarının təmsilçilərinin iştirak etdiyi toplantıdan sonra açıqlama verən Fransa İslam Şurasının sədri Anouar Kbibech, “ölkədə xidmət edəcək imamların dərəcələndirilməsi və onlara sertifikat verilməsi tətbiq ediləcək”, – deyə bildirib.

İmamların dini mövzularda verəcəyi moizələrə riayət etmələrinə diqqət çəkən sədr respublika qanunlarına hörmət, mülayimlik, tolerantlıq kimi meyarların bu qaydalar daxilində yer almasını qeyd edib. Qaydalar mövzusunda vacib bir mərhələ təmin etdiklərini deyən Kbibech imamların mədəni və vətəndaş hüquqları mövzusunda kurslara getmələrini təşviq etdiklərini və universitetlərdə açılacaq kurslar üçün Fransanın Alsace və Lorraine bölgələrinin “pilot bölgələr” seçildiyini ifadə edib.

Daha sonra şura sədri 2017-ci ildə ölkədəki bütün imamları dərəcələndirməyi hədəflədiklərini sözlərinə əlavə edib. Fransa İslam Şurası, ölkədəki 2 min 500 məscidi təmsil edir. Fransada, əksəriyyəti Şimali Afrika mənşəli olan təxminən 5 milyon müsəlman yaşayır.

Qeyd edək ki, Fransa Avropada ən çox müsəlmanın yaşadığı ölkələrdəndir.

1_6365_3

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir