Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fransada İslam təşkilatının qərargahında axtarışlar keçirilir

Qrand-Sent kommunasında terrorizmlə mübarizə tədbirləri keçirilir.

Fransada, təqribən, 200 polisin iştirakı ilə antiterror əməliyyatı keçirilir.

Din.az xəbər verir ki, axtarışlar İslam təşkilatının qərargahında aparılır.

Prefekturanın məlumatına görə, bu gün səhər Qrand-Sent kommunasında terrorizmlə mübarizə çərçivəsində milli polis əməliyyat keçirir.

“Centre Zahra France” təşkilatının fəaliyyəti onun rəhbər şəxslərinin bir sıra terror təşkilatlarına verdikləri dəstəklə əlaqədar ciddi nəzarət altında idi”, – prefekturanın məlumatında deyilir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...