Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fransada liberal məscid açılacaq

“Liberal məscid” layihəsi üçün Parisdə münasib məscid axtarılır.

Almaniyadan sonra Fransa da özünün müəyyən etdiyi qaydalara uyğun məscidin açılması üçün işlərə başlayıb.

Din.az Türkiyə mətbuatına əsasən bildirir ki, Fransa prezidenti Emmanuel Makron ötən il “Fransa İslamı” planını həyata keçirəcəyini bildirib. Plana əsasən, ölkədəki müsəlman qurumlar dünyəvi sistemə görə yenidən formalaşdırılacaq.

Fransada ilk dəfə olan bu layihə, qadınlar və kişilərin eyni məsciddə namaz qılma, moizə oxuma, həmçinin imam olma imkanı yaradacaq məscid anlayışı yaratmaq məqsədilə həyata keçirilir.

Layihənin aparıcı şəxslərindən olan Kahina Bəhlul, müsəlmanlar üçün müqəddəs ibadət məkanları olan məscidlərdə dini ayinlər zamanı qadınların kənarlaşdırıldığını irəli sürüb.

Fransanın “Le Monde” qəzetinə müsahibə verən Bəhlul, kənarlaşdırılan qadınlardan birinin də özü olduğunu qeyd edərək çox sayda qadının məsciddəki mənəvi mühitdən uzaqlaşdırıldığını bildirib.

 

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...