Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fransada məscidin qarşısında silahlı insident olub, yaralılar var

Terror törədən şəxs sonradan intihar edib.

Fransanın Brest şəhərində silahlı insident törədən şəxs sonradan intihar edib.

Din.az xəbər verir ki, bu barədə “France Info” radiostansiyası polisə istinadla məlumat yayıb.

Bildirilir ki, iyunun 27-də yerli vaxtla saat 16:30-da naməlum şəxs Pontanezen məhəlləsində məscidin qarşısında atəş açıb, daha sonra qaçaraq gizlənib. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. “BFM” telekanalın məlumatına görə, yaralılardan biri məscidin imamıdır.

Bir neçə saatlıq axtarışlardan sonra həmin cinayətkarın meyiti tapılıb. Onun şəxsiyyəti müəyyən edilib, hazırda hadisənin motivi araşdırılır. / ONA.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...