Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Fransada müsəlman qız uzun geyiminə görə məktəbə buraxılmadı

Share Button

Fransada şagird uzun ətək geyindiyi üçün məktəbə girməsinə icazə verilməyib. Fransada ötən il bir qız şagirdin uzun ətək geyindiyi üçün məktəbə buraxılmamasından sonra bənzər hadisə bu dəfə Paris şəhərinin yaxınlığında yaşanıb. “Din.az” bildirir ki, “Nouvel Obs” qəzetinin xəbərinə görə, 16 yaşındakı müsəlman qız ətək boyunun uzun olması dini bir simvol kimi şərh olunaraq məktəbə buraxılmayıb. […]

Fransada şagird uzun ətək geyindiyi üçün məktəbə girməsinə icazə verilməyib.

Fransada ötən il bir qız şagirdin uzun ətək geyindiyi üçün məktəbə buraxılmamasından sonra bənzər hadisə bu dəfə Paris şəhərinin yaxınlığında yaşanıb.

“Din.az” bildirir ki, “Nouvel Obs” qəzetinin xəbərinə görə, 16 yaşındakı müsəlman qız ətək boyunun uzun olması dini bir simvol kimi şərh olunaraq məktəbə buraxılmayıb.

Gənc qızın anası Marie-Christine de Sousanın, Seine-et-Marnedəki məktəb rəhbərliyinə qızının niyə məktəbə alınmadığını öyrənmək üçün müraciət etməsindən sonra idarəçilik mövzu ilə əlaqədar ailəylə görüşəcəyini bildirib.

150429110349_french_muslim_students_640x360_afpgettyimages_nocredit

Qəzetə müsahibə verən ana Sousa, “həm fransız, həm portuqaliyalı olan qızım katolik bir ailədə dünyaya gəlib. Lakin sonradan islam dinini seçib. Hər zaman onun seçimlərini və qərarlarını dəstəklədim. Bu ilin əvvəlində başını bağlamasına izin verdim, onsuz da başını məktəbə gedərkən açırdı, lakin uzun geyimlər geyinirdi” deyə qeyd edib. Ana qızının haqlarını müdafiə etmək üçün qanuni yollara müraciət edəcəyini bildirib.

Qeyd edək ki, ötən ilin aprel ayında da Fransanın Charleville-Mezieres şəhərindəki bir məktəbdə uzun, qara ətək geyinən 15 yaşlı Sarah adlı bir müsəlman şagirdin də dərsdə iştirakı əngəllənmişdi. Fransa ictimaiyyətində və sosial mediada çoxlu müzakirələrə səbəb olan hadisənin ardından Sarah iki həftəlik tətildən sonra uzun ətəyi ilə dərsə gedə bilmişdi.

110275_0

Fransada 2004-cü ildə tətbiq olunan dünyəvilik qaydalarına görə, məktəblərdə başı bağlı, yəhudi kipası və böyük xristian xaçları kimi dini simvollardan istifadə etmək qadağandır. Ötən ayın ortalarında da Fransa Baş naziri Manuel Valls, çadranın universitetlərdə qadağan edilməsini istəmiş, baş nazirin bu tələbi ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir