Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fransada MÜSƏLMANLARA QARŞI ZORAKILIQ hallarının sayı artıb

Fransada anti-semit, irqçi və anti-müsəlman əsasda törədilmiş təhdidlər artıb.

Fransada antisemitizm, irqçi və anti-müsəlman aktlara dair 2017-ci il üçün dövlət hesabatının nəticələri açıqlanıb.

Din.az məlumat verir ki, ötən il Fransada anti-semit, irqçi və anti-müsəlman əsasda törədilmiş təhdidlərin sayı azalsa da, zorakılıq hallarının sayı artıb.

İrqçilik əsasında edilmiş təhdidlər 17,36% (2016-cı ildə 524, 2017-ci ildə 433), anti-semit əsasda edilmiş təhdidlər 17,1% (2016-cı ildə 258, 2017-ci ildə 214) və nəhayət anti-müsəlman əsasda edilmiş təhdidlər isə 58,5% (2016-cı ildə 118, 2017-ci ildə 49) azalıb.

Bununla belə, irqçilik əsasında törədilmiş zorakılıq əməlləri 2016-cı ildə 84 hal qeydə alndığı halda, 2017-ci ildə artaraq 85 olub. Anti-semit əsasda törədilmiş zorakılıq halları hətta 20% artıb (2016-cı ildə 77, 2017-ci ildə 97).

Müsəlmanların müqəddəs məbədlərinə hücumların sayı 2017-ci ildə əvvəlki ilə nisbətən azalsa da, yəhudilərin dini ocaqlarına edilən hücumların sayı 22% artıb.

Hesabata münasibət bildirən Fransa Daxili İşlər Nazirliyi ölkədə baş verən irqçilik və antisemitizm halları ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlərin davam etdiriləcəyini vurğulayıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...