Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fransada müsəlmanlara qeydi-adi qadağa

Son vaxtlara qədər Fransa çimərliklərində “burkini” heç kəsi narahat etmirdi. İndi isə vəziyyət birdən-birə dəyişilib. Bunun niyə məhz indi baş verdiyini yalnız təxmin etmək olar. Buna baxmayaraq, məsələ ilə bağlı xeyli inandırıcı fikirlər səslənir. “Din.az” “sputnik.az”a istinadən xəbər verir ki, burkini hicablı qadınlar üçün nəzərdə tutulmuş üzgüçülük geyimidir. Bu geyim üz, əl və ayaqlar xaric […]

Son vaxtlara qədər Fransa çimərliklərində “burkini” heç kəsi narahat etmirdi. İndi isə vəziyyət birdən-birə dəyişilib. Bunun niyə məhz indi baş verdiyini yalnız təxmin etmək olar. Buna baxmayaraq, məsələ ilə bağlı xeyli inandırıcı fikirlər səslənir.

“Din.az” “sputnik.az”a istinadən xəbər verir ki, burkini hicablı qadınlar üçün nəzərdə tutulmuş üzgüçülük geyimidir. Bu geyim üz, əl və ayaqlar xaric olmaqla bədənin bütün hissəsini örtür. “Burkini” adı “Bərqə” (bir növ hicab) və “Bikini” (üzmək üçün geyim) kəlmələrinin birləşməsindən yaranıb. Nəzər salsaq, bu qərar üçün səbəb yalnız Nitsa şəhərində vardı. İyulun 14-də orada baş vermis terror aktı nəticəsində 85 nəfər həyatını itirmişdi. Lakin ilk olaraq avqust ayında yerli instansiya məhkəməsinin qərarı ilə Fransanın Kan şəhərində burkinidən istifadə qadağan edildi. Daha sonra Fransanın digər iri şəhərlərində də burkinidən istifadə qadağan edildi.

Film festivalı paytaxtının bələdiyyə başçısı “Burkini — radikal islamçıların geyimidir, bütövlükdə müsəlmanların geyimi deyil” deyərək “onu dərhal çıxarmaq” əmri verdi. Onu nümunə bilib daha bir Fransa kurortu oxşar davrandı, səbəb kimi isə gigiyena qaydalarını qeyd etdi. Fransanın baş naziri Manuel Valls qadağa ilə bağlı açıqlama verərək bildirib ki, burkini Fransa dəyərlərinə ziddir və qadını kölələşdirmək anlamına gəlir. Prezident Fransua Olland isə dolaşıq sözlərdən istifadə edib. “Cəmiyyət hesab edir ki, hər kəs qaydalara uyğundur və heç bir təxribat yoxdur”, — deyə Olland bildirib. Nikola Sarkozi isə prezident seçkilərində iştirakını xatırladaraq, dərhal burkunini “islamçı təxribatı” adlandırıb. O, söz verib ki, qələbə qazansa, bunu qadağan edəcək.

Fransanın Korsika adasında yerləşən Sisko kəndində kütləvi dava baş verib. Davanın səbəbi çimərlikdə burkinidə olan müsəlman qadınların fotosunu bir turistin çəkməyə çalışması olub. Fotoqrafın cəhdlərini görəndə yerli mühacir müsəlmanlar ona mane olmağa çalışıblar, dava başlanıb. Fransız KİV-in məlumatına görə, turisti yerli yeniyetmələr müdafiə ediblər. “Bıçaqlar, baltalar və qarpunlarla silahlanmış müsəlmanlar yerli sakinlərə hücum edib, iki nəfəri yaralayıblar”, — KİV-lər yazıb.

Dünyanın digər yerlərində isə tam fərqli mənzərə görünür. Belə ki, Fransada qapalı geyimlə dənizə girmək qadağan edildiyi halda, Şotlandiyada polislərin rəsmi geyimlərinə hicabı əlavə edərək, belə işləməyə icazə verilib. Kanadada həmçinin, müsəlman polislərə qırmızı uniformaları ilə hicab taxmalarına icazə veriləcəyi bildirilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...