Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

FRANSADA MÜSƏMANLARA NAMAZ QILMAQ QADAĞAN OLUNDU

Dini mərasimlərin keçirilməsində maneə…

Fransanın daxili işlər naziri Jerar Kollon bəyan edib ki, polis şəhər küçələrində namaz qılınmasına mane olacaq.

Din.az bildirir ki, nazirin sözlərinə görə, Fransa şəhərlərinin küçələrində kütləvi dini mərasimlər qadağan olunub.

Qeyd olunur ki, bu qərar bir müddət əvvəl Paris yaxnlığındakı Klişi-la-Qarenn qəsəbəsində baş vermiş insidentlə bağlıdır. Noyabrın 10-u burada 100-ə yaxın mer, millət vəkili və məmur yürüş keçirərək kütləvi dini ayinlərin ləğv olunmasını tələb edib. Yürüş zamanı onlar Fransa himnini səsləndirərək kütləvi namaz qılanlara mane olmağa çalışıb. // Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...