Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fransada ölənlər arasında müsəlmanlar da var

“Yerdə yatan ölülər arasında çoxlu sayda hicablı qadın var idi”

Fransadakı terror hücumunda həyatını itirənlər arasında müsəlmanlarında olduğu bildirilir.

“Din.az” xəbər verir ki, “Zaman TV”nın müxbiri Məryəm Violettenin “The Guardian” qəzetinə verdiyi açıqlamada, terror hücumu zamanı hadisə yerində olduğunu və yerdə yatan ölülər arasında çoxlu sayda hicablı qadın və başı təkkəli kişilər gördüyünü söyləyib.

Dünyada dərc edilən xəbərlərdə, Violette yaxınlarını axtaranlar arasında ərəbcə danışanlara da rast gəldiyini bildirərək, “bir ailənin fərdləri ərəb dilində danışırdı. Uşaqlar analarını tapa bilmirdi və ağlayaraq onun şəhid olduğunu söyləyirdilər” ifadələrini işlədib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...