Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fransada polis məscidə hücum etdi

Yenə də Avropa, yenə də İslam düşmənçiliyi!

Fransa polisi “Paris Clichy-la-Garenne” də yerləşən Məscidə hücum təşkil edərək içəridə ibadət edən camaatı zorla bayıra çıxartdı.

“Din.az” Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, BFM televiziya kanalı, icraedici məmurla gələn polisin, dərnəklərilə uyğunlaşmayan sağçı bələdiyyənin, insanların məsciddən çıxarılma qərarını səbəb göstərərək ibadət yerinin qapısına qıfıl vurduğunu bildirib.

Camaatdan təxminən 50 nəfərin çıxarılmasından sonra yenidən içəri girərək etirazların edildiyini xəbər verən televiziya kanalı, həmin şəxslərin sonradan polis tərəfindən zorla ibadət yerindən çıxarıldığını qeyd edib.

 

قوات الامن تقتحم مسجد كليشي CRS attaque la mosquee de Clichy, Police evacuating the Mosque of Clichy, Paris France.

Posted by Khalid Gargati on Mittwoch, 22. März 2017

Məscidədəki etirazları çəkərək sosial mediada paylaşan camaat çoxsaylı dəstək topladı. Polisin bu hərəkətlərinə etiraz olaraq məsciddə namaz qılındı. Bələdiyyə qarşısına gələn camaatın əlində “Bir-birimizə hörmətlə və rahat şəkildə ibadət edək” şüarları vardı.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...