Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fransada “Quran”ın dəyişdirilməsi təklif olunur – SƏBƏB

“Quran” Allahın kəlamlarından ibarətdir və qiyamət gününə qədər də dəyişdirilməyəcək.

Fransada yaşlı yəhudi qadının öldürülməsindən sonra bundan sui-istifadə edərək müsəlmanlara, xüsusilə də, “Quran”a qarşı “nifrət” kompaniyası başladılıb.

Din.az xəbər verir ki, Fransada “Quran”dan yəhudilərə qarşı fikirlərin çıxarılması ilə bağlı 300 nəfərdən imza toplanıb. Şikayət ərizəsini imzalayanlar arasında keçmiş Fransa prezidenti Nikola Sarkozi, 3 keçmiş baş nazir də var.

Dini İşlər üzrə Komitə məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, “Quran” Allahın kəlamlarından ibarətdir və qiyamət gününə qədər də dəyişdirilməyəcək.

“Quran”dakı sözlər ilahi kəlamlardır. Bu günə qədər dəyişdirilməyib, bu gündən sonra da qiyamətə qədər dəyişdirilməyəcək”. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...