Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fransada terror törətmək istəyən İran əsilli ər-arvad saxlanılıb

Terror törətmək cəhdində şübhəli bilinən 2 iranlı saxlanılıb.

Belçika hüquq-mühafizə orqanları iyunun 30-da Fransada mümkün terror hücumunun qarşısını alıblar.

Din.az Trend-ə istinadən bildirir ki, keçirilən əməliyyat nəticəsində həmin tarixdə Fransanın Vilpent şəhərində keçirilən konfrans zamanı terror törətməyə cəhddə şübhəli bilinən 2 İran əsilli şəxs saxlanılıb.

Məlumata görə, Belçika vətəndaşlığına malik İran əsilli 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nasime N.saxlanılıb.

Onların terror törətməyi planlaşdırdığı konfransda təxminən 25 min adam iştirak edirmiş.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...