Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Fransada türk dərnəyinə ikinci dəfə hücum

Binanın girişi yandırıldı…

Fransanın Valence şəhərində yerləşən türk dərnəyinə ikinci dəfə molotof kokteyli atılıb.

“Din.az” xəbər verir ki, Fransanın cənubunda yerləşən Valance şəhərindəki bir türk dərnəyinə ikinci dəfə hücum həyata keçirilib.

Polis qaynaqlarından əldə edilən məlumata görə, dünən gecə molotof kokteylindən istifadə edilərək gerçəkləşdirilən hücumda dərnək binasının pencərələri qırılıb və binanın girişinin bir qismi yandırılıb.

Xatırladaq ki, Valance Türk Dərnəyi, 23 iyulda da molotof kokteyli ilə hücuma məruz qalmışdı.

Eyni ərazidə yerləşən Montelimar şəhərindəki türk dərnəyinə isə 8 avqustda təşkil edilən hücumda, dərnəyin divarlarına terror təşkilatı PKK ilə bağlı yazılar yazılmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...