Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fransadan sonra İtaliyada çarşab müzakirəsi

İtalyan nazir bu cür qadağaların “provakasiya” xarakteri daşıdığını bildirib

Fransadan sonra İtaliyada istirahət mərkəzlərində çarşabla dənizə, hovuza girməyin qadağan edilməsi ilə bağlı müzakirələr aparılıb. 

“Din.az”ın məlumatına görə, “Xəbər365” xarici mətbuata istinadən xəbər verir ki, Aşırı Sağcı Şimal Liqası Fransanı nümunə gətirərək İtaliyada da belə bir qərarın qəbul edilməsinin vacibliyini vurğulayıb. Daxili İşlər Nazirliyi və Katolik Kilsəsi Liqanın bu çağırışına qarşı çıxıb. Yeni Mərkəz Sağ Partiyasının lideri və daxili işlər naziri Angelino Alfano belə qadağaların “provakasiya” xarakteri daşıdığını bildirib. O, insanların inancalarına sayğı ilə yanaşılmasının vacib olduğunu deyib:

“Fransanın yaşadıqlarına sayğı ilə yanaşıram. Ancaq biz təhlükəsizlik tədbirlərini əvvəlcədən gördüyümüz üçün, həmçinin müsəlmanlara qarşı hər hansısa qadağalar qoymadığımıza görə bu gün təhlükəsiz bir ölkə ola bilmişik. Mən Allaha ibadət etmirəm, ancaq inanc azadlığını müdafiə edən və buna sayğı ilə yanaşan bir mühitdə böyümüşəm. Bizim dövlət qanunlarımız da inanc azadlığını müdafiə edir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...