Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fransadan Trampın Qüds qərarına reaksiya

Makron: “Mövcud qərar təəssüf doğurur, Fransa bu qərarı bəyənmir”.

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı beynəlxalq hüquqa və BMT qətnaməsinə ziddir.

Din.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Trampın az öncə Qüdslə bağlı qərarını şərh edərkən deyib. Makron bildirib ki, bu qərara təəssüf edir.

“Mövcud qərar təəssüf doğurur, Fransa bu qərarı bəyənmir”, – Makron Əlcəzairdə mətbuat konfransında deyib.

Makron qeyd edib ki, Qüdsün statusu İsraillə Fələstin arasında gedən dialoq zamanı müəyyənləşməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...