Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Fransalı müsəlmanlar terror qurbanlarına pul yığırlar

Share Button

Aksiyaya bütün müsəlman, katolik, yəhudi, ateistlər dəvət edilib…

Normandiyada Sent-Etyen-Ruvre şəhərində kilsədə ayin icra edərkən islamçılar tərəfindən qətlə yetirilən keşiş Jak Amelin qohumları üçün Ruan şəhərində pul yığmağa başlayıblar.

“Din.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ruan Müsəlmanları İttifaqının iştirakçısı öz “Facebook” səhifəsində yazıb.

“Keşiş Jak Amelenin xatirəsi və onun yaxınlarını dəstəkləmək üçün Ruan Müsəlmanları İttifaqı sizi comərdlik nümayiş etdirməyə çağırır. Toplanan vəsait onun qohumlarına veriləcək”, – aksiyanın təşəbbüskarları bildirib.

Dini təşkilatda vurğulayıblar ki, bu pul yığımının məqsədi – qətlə yetirilən şəxsin qohumlarına “dualardan başqa” da yardım göstərməkdir.

“Bu, bizim üçün şəfqət jestidir. Bütün müsəlman, katolik, yəhudi, ateistlər dəvət edilir”, Ruan Müsəlmanları İttifaqının rəhbəri Bəşər əl-Səyadi əlavə edib.

Xatırladaq ki, Sent-Etyen-de-Ruvre şəhərində iyulun 26-da kilsəyə hücum olub. İki terrorçu yerli kilsəyə soxularaq keşişi öldürüb, daha üç nəfəri yaralayıb. Hadisə yerinə gələn polis hücum edənləri zərərsizləşdirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir