Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fransalı nazir: “Əsl müsəlmanlara kömək etməliyik”

Müsəlmanların hamısını “günah keçisi” kimi görə bilmərik…

Fransanın baş naziri Manuel Valls ölkədə müsəlmanlara yardım edilməsi təklifilə çıxış edib.

“Din.az” “teleqraf.com”a istinadən xəbər verir ki, baş nazir Fransa müsəlmanlarına zərər vuran radikal islamçılara qarşı mübarizə aparılmasının vacibliyini vurğulayıb:

1458824097

“Fransadakı müsəlmanların azadlığına zərbə vuran radikal islamçılar müəyyən edilərək zərərsizləşdirilməlidir. Fransadakı terror hadisələrində günahkar müsəlmanlar deyil. Bizim respublikamızda müsəlmanlara yer var. Onların hamısını “günah keçisi” kimi görə bilmərik. Biz sağlam düşüncəli müsəlmanlara yardım etməliyik”.

Qeyd edək ki, 13 noyabr 2015-ci ildə Parisdəki terror hadisəsi zamanı 130 və 14 iyul 2016-cı ildə Nice şəhərindəki terakt nəticəsində isə 84 nəfər dünyasını dəyişib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...