"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Fransalı nazir İranda başını örtdü – FOTO

Share Button

Fransada hicaba qarşı təzyiqlər arta bilər…

Fransalı nazir Seqolen Royal, ticarət sazişi imzalamaq üçün səfər etdiyi Tehranda ölkəsindəki hicab qadağalarına baxmayaraq, başını bağlayıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İrana qarşı beynəlxalq embarqonun aradan qaldırılması ilə milyardlarla dollarlıq pazar açıldı. Qərb ölkələri bundan öz paylarını almaq üçün nazirlərilə Tehran və öz paytaxtları arasında möhkəm əlaqə yaratmaq fürsəti əldə ediblər.

Sonuncu dəfə Fransanın ətraf mühit və enerji naziri xanım Seqolen Royal, iranlı həmkarları ilə görüşmək üçün Tehrana gedib. Royal 3 gün davam edən Tehran səfəri əsnasında prezident Ruhaninin köməkçisi və İranın ətraf mühit naziri Məsumə Əbtəkarla görüşüb.

Görüşdən sonra xanım Royalın baş örtüyü ilə mətbuat qarşısına çıxması diqqətləri cəlb edib. Çünki son günlərdə Fransada böyük dünyəvilik müzakirələri aparılır. Ölkədə bələdiyyələr müsəlman qadınların təsəttürlü şəkildə dənizə girməsini qadağan etmişdi. Bundan sonra hicablı qadınlara təzyiqin artması bir çoxlarını narahat edirdi.

Tehran səfərində Royalla birgə Fransanın enerji və ətraf mühit sahəsində fəaliyyət göstərən mühüm firma rəhbərləri də iştirak edib.

121908017_FOR_Segol_419564c

n_65499_1

l_5574

1_6565_2

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir