Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fransalı vəkil: “Parisdə Xocalıya həsr olunan tədbirin keçirildiyi kilsəyə basqın edən ermənilər kənardan idarə olunurlar”

“Kilsəyə girib Allahın evində bu qədər hörmətsiz hərəkətlərə yol verilməməlidir”.

“Bu insanlar kənardan idarə olunurlar. Onların 1992-cı ildə Xocalıda baş verənlərdən heç bir xəbərləri yoxdur. Əgər bu gənclər əsl reallıqları bilsəydilər, belə hərəkətlər etməzdilər”.

Din.az bildirir ki, bunu “Report”un Qərbi Avropa bürosuna açıqlamasında fransalı vəkil Jan-İv Feltes deyib.

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən tədbirin keçirilməsinə mane olmaq üçün San-Östaş (Saint-Eustache) kilsəsinə basqın etmiş 20 nəfər təxribatçı erməninin hərəkətlərinə münasibət bildirən vəkil vurğulayıb ki, kilsədə belə hərəkətlər etmək yolverilməzdir: “Kilsədə belə hərəkətlər yolverilməzdir. Xüsusilə ermənilər xristian olduqları halda, kilsəyə girib Allahın evində bu qədər hörmətsiz hərəkətlərə yol verməməlidirlər”.

Jan-İv Feltes bildirib ki, şəxsən özü bu təxribat xarakterli hərəkətlərə uymayıb: “Xocalı qurbanlarının xatirəsini anmaq üçün bu gün bu tədbirə gəlmiş fransalılar Azərbaycan xalqını, qurbanların ailələrini dəstəkləyirlər, bu çətin gündə onlarla birlikdədirlər. Mən özüm şəxsən bu təxribatçılara yerimdən tərpənməməklə passiv müqavimət göstərdim”.

Xatırladaq ki, 20 nəfər ermənidən ibarət təxribatçı qrup fevralın 26-da Parisin San-Östaş (Saint-Eustache) kilsəsinə basqın edərək Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş konsertin keçirilməsinə mane olmağa çalışıblar. Onlar kilsədə hay-küy salaraq kilsənin stullarını aşırdıb, tədbirə gəlmiş qonaqlara qarşı hörmətsiz rəftar ediblər. Polis təxribatçıları kilsədən uzaqlaşdırıb. Təxribatçıların “FRA Nor-Seround“ erməni gəncləri faşist təşkilatının fəalları olduqları güman edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...